"Barselona"nın futbolçusu Dünya çempionatında fərqləndi

DÇ-2018-in 3-cü turu çərçivəsində keçirilən Serbiya - Braziliya duelinin ən yaxşı oyunçusu açıqlanıb. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, "Barselona" klubunda çıxış edən Paulinyo "matçın ən yaxşısı" adına layiq görülüb.

Qeyd edək ki, Braziliyanın 2:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə ilk qolu Paulinyo vurub.