"Barselona"nın futbolçusu yenidən Çin klubunda

"Barselona"nın futbolçusu Paulinyo karyerasını yenidən Çində davam etdirəcək. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, braziliyalı oyunçu “Quançjou Everqrand” klubu ilə razılığa gəlib. "Sambaçı" bir illik icarə müqaviləsi əsasında Çin klubunun şərəfini qoruyacaq. O, ilinə 14 milyon avro qazanacaq.

Qeyd edək ki, “Barselona” Paulinyonu ötən il 40 milyon avro müqabilində məhz “Quançjou Everqrand”dan transfer etmişdi.