"Barselona"nın məğlub olduğunu eşidəndə inanmadım" - Klopp

"İlk hissədə problemlərlə üzləşsək də, ikinci hissədə futbolçular çatışmazlıqları həll etdilər". SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri "Liverpul" klubunun baş məşqçisi Yürgen Klopp deyib.

"MANÇESTER SİTİ" - "LİVERPUL" GÖRÜŞÜNÜN VİDEO İCMALINI İZLƏ

"Mançester Siti" ilə görüş barədə fikirlərini bölüşən mütəxəssis daha istəkli olduqlarını bildirib:

"İlk hissə çətin keçsə də, qol vurmaq üçün 2-3 imkan yaxaladıq. Yarımfinala yüksəlməyi biz daha çox istəyirdik və arzumuzu reallaşdırdıq. "Mançester Siti"yə 5 qol vurduq və cəmi 1 qol buraxdıq. Bu, hər dəfə təkrarlanan hadisə deyil. Rəqibin start heyətinə baxanda başa düşmüşdüm ki, onlar ancaq qol vurmaq barədə düşünəcəklər. Riskli heyət idi. Amma biz daha ağıllı futbol oynadıq və yekunda istədiyimiz nəticəyə nail olduq. Sadio Mane, Firmino və Salah bu oyunda da möhtəşəm idilər".

Mütəxəssis paralel keçirilən görüşdə "Barselona"nın məğlub olaraq mübarizəni dayandırmasına da münasibət bildirib:

"Barselona"nın məğlub olduğunu eşidəndə inanmadım. "Roma" möcüzəni reallaşdırdı və bunu Salah olmadan etdilər. Artıq yarımfinaldadırlar. Bu, fantastikadır".