"Barselona"nın oyunu Əliyar Ağayevə tapşırıldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev U​EFA Gənclər Liqasının yarımfinal mərhələsinin oyununa təyinat alıb.

SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağayev "Mançester Siti” (İngiltərə) – "Barselona” (İspaniya) oyununu idarə edəcək. 31 yaşlı baş hakimə Zeynal Zeynalov və Akif Əmirli yardımçı olacaq. Dördüncü hakim funksiyasını Sandro Şarer (İsveçrə) yerinə yetirəcək.

Qeyd edək ki, görüş aprelin 20-də Nyon şəhərindəki Kolovra stadionunda keçiriləcək.