Baş məşqçi getdi, aləm qarışdı

"Trabzonspor" baş məşqçisi Ünal Karamanla yolları ayırıb.

Sportline.az xəbər verir ki, 53 yaşlı mütəxəssis klub prezidenti Əhməd Ağaoğlunun yola getmədiyi üçün klubdan ayrılıb.

Bu hadisə azarkeşləri qəzəbləndirib.

Karaman 2018-ci ildən Qara dəniz təmsilçisini çalışdırırdı. "Bordo-maviliər" Super Liqada 17 turdan sonra 32 xalla turnir cədvəlində 3-cüdür.