Baş məşqçi millidən ayrıldı

Serbiya Futbol Federasiyası milli komandanın baş məşqçisi Mladen Krstaiç ilə yolları ayırıb.

Sportline.az federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssisin istefası bugünkü iclasda qəbul olunub.

Qeyd edək ki, Mladen Krstaiç 2017-ci ildən Serbiya millisini çalışdırırdı. Komanda Avro-2020-nin seçmə mərhələsində 3 oyuna 4 xal toplayaraq 3-cü yerdə qərarlaşıb.