Baş məşqçimizdən qələbə şərhi
“Oyunun gərgin keçəcəyini gözləyirdik. Bilirdik ki, rəqib daha çox müdafiə olunacaq, əks-hücumlarda qol vurmağa çalışacaqdı”.
Sportline.az xəbər verir ki, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində bu gün Lixtenşteynlə keçirilən görüşdən sonra mətbuat konfransında deyib.
Serbiyalı mütəxəssis Sumqayıtda qazandıqları qələbəni (1:0) belə şərh edib: “Fasilədə uşaqlarla söhbətimizdə bunu onların diqqətinə çatdırdıq və bir qədər səbrli, soyuqqanlı olmalarını tapşırdıq. Hücumlarımızı daha çox cinahlardan qururduq. İsveçrə ilə oyunda da hücumları cinahdan qurmuşduq, amma həmin görüşdə daha çox hava ötürmələrinə üstünlük vermişdik. Futbolçulara bu dəfə yerlə oynamalarını tapşırmışdıq.
Bu gün satdionda bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edirəm”.