"Baş məşqçimizin bizdən tələb etdiyini həyata keçirə bildik" - Kirilo Petrov

"Yaxşı oyun alındı. Baş məşqçimizin bizdən tələb etdiyini həyata keçirə bildik".

SportLine.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Kirilo Petrov Bosniya və Herseqovina "Çelik"ini 4:1 hesabı ilə yendikləri yoxlama oyunu barədə danışarkən deyib. 

Flaqmanı meydana kapitan kimi çıxaran ukraynalı müdafiəçi bildirib ki, məşqlərdə üzərində işlədikləri sxemi oyunda reallaşdırmağa çalışıblar: "Bir neçə dəfə istədiyimiz alındı və yaxşı qollar vurduq. Bütün komandanı təbrik edirəm. Hazırlığı davam etdirmək lazımdır”.

neftchipfk.com