Baş məşqçini vuran futbolçuya ağır cəza

Frankfut “Ayntraxt”ının futbolçusu David Abrahama ağır cəza alıb. 

Sportline.az xəbər verir ki, buna 33 yaşlı müdafiəçinin Bundesliqanın XI turunda “Frayburq”un baş məşqçisi Kristian Ştrayxı vuraraq, yerə yıxması səbəb olub.

Epizoddan sonra görüşün baş hakimi Abrahamı meydandan qovub. Frankfurt təmsilçisinin kapitanı bu davranışına görə 7 oyunluq cəza alıb, eyni zamanda, 25 min avro da cərimələnib.

Qeyd edək ki, həmin oyunda, “Frayburq” – “Ayntraxt”a 1:0 hesabı ilə qalib gəlib.