"Başakşəhər" 1 xalla kifayətləndi

Türkiyə Super Liqasında 23-cü tur yekunlaşıb. SportLine.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Başakşəhər" doğma meydanda "Gənclərbirliyi" ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 1:1.

Bu nəticə ilə, "Başakşəhər" 2-ci, "Gənclərbirliyi" 13-cü pillədə qərarlaşıb.

26 fevral 2018
Super Liqa
23-cü tur

"Başakşəhər" - "Gənclərbirliyi" - 1:1
QOLLAR:
Adebayor, 28 (1:0); Xəlili, 50 (1:1)