"Başakşəhər" darmadağın oldu

Türkiyə Super Liqasında 25-ci tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir oyun keçirilib.

Çempionluğa iddialı "Başakşəhər" "Alanyaspor"un qonağı olub. 

Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.

Bu nəticə ilə "Başakşəhər" 50 xalla 2-ci pillədə qalıb.