Basketbolu dəyişən insan - Steffen Körri

Steffen Körri müasir basketbolun simvoluna çevrilmiş əfsanəvi oyunçudur. O, üçlük atışlarını yeni səviyyəyə qaldıraraq bütün NBA taktikasını dəyişdirmişdir. Onun karyerası boyunca etdiyi rekordlar və təsiri, sadəcə statistikalarla ölçülə bilməz.Steffen Körri Şimali Karolinada böyüyüb. Atası, Dell Körridə NBA oyunçusu olub və Stef basketbolu kiçik yaşlardan öyrənməyə başlayıb. O, universitet karyerasını Davidson College-də keçirdi və burada öz oyun stili ilə diqqət çəkdi.

Körri 2009-cu ildə NBA-yə daxil oldu və "Qolden Steyt Vorriors" tərəfindən seçildi. İlk illərdə zədələrə görə çətinliklər yaşasa da, 2014-dən etibarən NBA-nin ən parlaq ulduzuna çevrildi.

Əsas uğurları:
- 4 dəfə NBA çempionu (2015, 2017, 2018, 2022)  
- 2 dəfə NBA MVP (2015, 2016 — ikinci dəfə tarixdə ilk dəfə yekdilliklə)  
- 2022 NBA Final MVP  
- Tarixdə ən çox üçlük atan oyunçu (3000+ üçlük və artmaqdadır)

Steffenin oyun tərzi - çeviklik, sürət və uzaq məsafədən dəqiqlik -  basketbolu dəyişdi. Onun təsiri ilə NBA komandaları indi daha çox üçlük atışına fokuslanır.

O, yalnız bir oyunçu deyil, həm də mədəniyyət simvoludur - gənclər onu izləyir, idman brendləri onunla əməkdaşlıq edir (Under Armour ilə məşhurdur).

Körri ailə dəyərlərinə sadiqdir, həyat yoldaşı Ayeşa Körri ilə birlikdə üç övladı var. O, xeyriyyəçiliklə məşğuldur, təhsilə və sosial bərabərliyə dəstək verir.

Steffen Körri, yalnız bir basketbolçu deyil o, bir inqilabın başlanğıcıdır. Onun oyununu izləmək, sadəcə idman deyil, bir sənət əsərini izləmək kimidir. NBA tarixində onun izi daim qalacaq.