BATE 20 futbolçu ilə gəlir

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın qonağı olacaq BATE Bakıya yola düşüb. SportLine.az xəbər verir ki, Borisov təmsilçisi Azərbaycana 20 futbolçu ilə səfər edib.

Baş məşqçi Aleksey Baqa ilk oyunda bu oyunçulara güvənəcək:

Qapıçılar: 30. Aleksey Çernıx, 35. Anton Çiçkan, 48. Denis Şerbitski

Müdafiəçilər: 4. Aleksandr Filipiviç, 5. Yevgeni Yablonski, 17. Aleksey Rios, 19. Nemanya Milunoviç, 21. Eqor Filipenko, 23. Zaxar Bolkov, 42. Maksim Volodko

Yarımmüdafiəçilər: 7. Yevgeni Beryozkin, 8. Stanislav Draqun, 10. Mirko İvaniç, 11. Aleksandr Qleb, 22. İqor Staseviç, 25. Dmitri Baqa

Hücumçular: 13. Nikolay Ciqneviç, 15. Maksim Skavış, 24. Yasse Tuominen, 45. Vladislav Mukamedov 

Qeyd edək ki, "Qarabağ" və BATE komandaları arasında ilk matç avqustun 7-də Bakıda, cavab görüşü isə ayın 14-də Borisovda olacaq. Hər iki qarşılaşma saat 21:00-da başlayacaq.