BATE - "Qarabağ" görüşünə azarkeş marağı
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin BATE - "Qarabağ" görüşündə anşlaq gözlənilir.
Sportline.az xəbər verir ki, artıq 12 mindən çox bilet sahibini tapıb.
Satışda qalan təxminən 1500 biletin oyun saatına kimi satılacağı bildirilir.
Matçın keçiriləcəyi "Borisov-Arena"nın azarkeş tutumunun 13121 nəfər olduğunu nəzərə alsaq, bu şübhə doğurmur.
Xatırladaq ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. İlk oyunda "Qarabağ"ın Belarus çempionuna 0:1 hesabı ilə uduzduğunu da qeyd edək.