BATE "Qarabağ"la oyuna hazırlaşır

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq BATE hazırlıqlara başlayıb. SportLine.az Borisov təmsilçisinin saytına istinadən xəbər verir ki, baş məşqçi Aleksey Baqanın rəhbərliyi altında Dudinkadakı bazada məşq edib. Borisov təmsilçisinin zədəsini sağaldan müdafiəçisi Nemanya Milunoviç də hazırlıq prosesində iştirak edib.

Qeyd edək ki, "Qarabağ"ın BATE ilə ilk oyunu avqustun 7-də Bakıda, cavab qarşılaşması isə ayın 14-də Borisovda olacaq.