Batşuayi "Beşiktaş"ın hədəfində

Transfer qadağası qalxan "Çelsi" qışda heyətini gücləndirməklə yanaşı, bəzi futbolçuların gedişinə icazə verəcək.

Sportline.az xəbər verir ki, London təmsilçisi Temmi Abrahamın kölgəsində qalan Mişi Batşuayi ilə yolları ayırmağı düşünür. Daha öncə Dortmund "Borussiya"sı, "Valensiya" və "Kristal Pelas"da icarədə oynamış belçikalı forvard "Beşiktaş"ın hədəfindədir. İstanbul klubu 26 yaşlı futbolçunu icarəyə götürmək üçün "zadəganlar"a 1,5 milyon avro təklif edəcək.

Batşuayi bu mövsüm Premyer Liqada 11 oyuna 1 qol vurub, 1 assist edib.