"Bavariya" əlavə vaxtda sevindi

Almaniya kubokunda 1/8 final mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha 4 qarşılaşma təşkil olunub.

Favoritlərdən "Bavariya" "Herta"nın qonağı olub. Gərgin mübarizə şəraitində keçən görüşdə qalib əlavə vaxtda müəyyənləşib. Kinqsli Koman Münhen klubuna qələbə qazandırıb.

"Leyptsiq", "Şalke" və "Auqsburq" da 1/4 finala yüksələn komandalar sırasına qoşulub.

Nəticələri diqqətinizə çatdırırıq:

"Holştayn Kil" - "Auqsburq" - 0:1

"Leyptsiq" - "Volfsburq" - 1:0

"Şalke" - "Düsseldorf" - 4:1

"Herta" - "Bavariya" - 2:3 (əlavə vaxtda)