"Barselona" və "Liverpul" 1/4 finalda

UEFA Çempionlar Liqasında mübarizə davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə 1/4 finalın daha iki iştirakçısı müəyyənləşib. 

Diqqətlər, əsasən, Münhenə yönəlib. "Allians Arena"da "Bavariya" "Liverpul"u qəbul edəcək. İngiltərədən qolsuz heç-heçə ilə dönən Bundesliqa klubu növbəti mərhələyə daha yaxın görünsə də, "mersisaydlılar" oyunun gedişində üstünlüyü əla alıb və yekunda mərhələni adlayıb.

Digər matçda isə "Barselona" "Lion"u mübarizədən kənarlaşdırıb.

14 mart 2019
Çempionlar Liqası
1/8 final (cavab oyunları)

"Bavariya" (Almaniya) - "Liverpul" (İngiltərə) - 1:3
QOLLAR:
Sadio Mane, 26 (0:1), 84 (1:3), Joel Matip, 39 (1:1), Van Deyk, 69 (1:2); Sadio Mane, 84 (1:3)
İlk oyun: 0:0
Baş hakim: Daniele Orsato (İtaliya)
"Allians Arena", Münhen

"Barselona" (İspaniya) - "Lion" (Fransa) - 5:1
QOLLAR:
Lionel Messi, 16/p. (1:0), 78 (3:1), Filipe Koutinyo, 31 (2:0), Lüka Tuzar, 58 (2:1), Pike, 81 (4:1), Osman Dembele, 86 (5:1)
İlk oyun: 0:0
Baş hakim: Şimon Marçinyak (Polşa)
"Kamp Nou", Barselona