"Bavariya" Madriddə qalib gələ bilər" - Zinəddin Zidan
"Möhtəşəm oyun oldu. 2-1 hesablı qələbəyə görə xoşbəxt ola bilərik". SportLine.az xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan "Bavariya" ilə görüşdən sonra deyib.
Onun sözlərinə görə, cavab matçı daha çətin keçəcək: "Münhendə "Bavariya"nı məğlub etmək asan iş deyil. Biz bunun öhdəsindən gəldik. Ancaq "Bavariya"da Madriddə qələbə qazana bilər. Ancaq, hələ ki, bu barədə düşünmürük. Qazandığımız qələbədən zövq almağa çalışırıq".