"Real" finalda

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək. SportLine.az xəbər verir ki, Madriddə keçirilən görüşdə "Real" "Bavariya" ilə üz-üzə gələcək.

İlk görüşdə 2:1 hesablı qələbə qazanan "kral klubu" üstünlüyü doğma azarkeşlər önündə qorumaq niyyətindədir. Münhen təmsilçisi isə "Santyaqu Bernabeu"da, ən azı, iki qol vurmaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, görüşü Türkiyə Futbol Federasiyasından Cüneyt Çakır idarə edəcək. 

Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.


01 may 2018
Çempionlar Liqası
Yarımfinal (cavab oyunu)

"Real" (Madrid, İspaniya) - "Bavariya" (Münhen, Almaniya) - 2:2
QOLLAR:
Kimmix, 3 (0:1); Benzema, 11 (1:1); Benzema, 46 (2:1); Xames Rodrigez, 63 (2:2)

“Real”: Navas (Q), Ramos (K), Varan, Marselo, Vaskes, Modriç, Kovaçiç, Kross, Asensio, Ronaldo, Benzema
Ehtiyat oyunçular: Kasilya (Q), Teo Hernandez, Naço, Kebalyos, Kazemiro, Beyl, Mayoral
Baş məşqçi: Zinəddin Zidan

“Bavariya”: Ulrayx (Q), Kimmix, Zyule, Hummels, Alaba, Tolisso, Alkantara, Müller (K), Xames, Riberi, Levandovski
Ehtiyat oyunçular: Ştarke (Q), Lukaş May, Rafinya, Dorş, Rudi, Xavi Martinez, Sandro Vaqner
Baş məşqçi: Yupp Haynkes

Baş hakim: Cüneyt Çakır
Köməkçi hakimlər: Bahattin Duran, Tarik Ongün
Dördüncü hakim: Mustafa Eyisoy
Əlavə köməkçi hakimlər: Hüseyin Göçek, Barış Şimşek (hamısı Türkiyə)