"Bavariya" PSJ-dən güclü oldu

ABŞ-da təşkil olunan Beynəlxalq Çempionlar Kubokunda daha bir oyun keçirilib. SportLine.az xəbər verir ki, "Bavariya" və PSJ-nin duelində Almaniya təmsilçisi qələbə qazanıb - 3:1.

Fransa klubu Timoti Vea ilə hesabı açsa da, Xavi Martinez, Renato Sançez və Coşua Tsirkzenin qolları münhenlilərə qələbə gətirib.

Qeyd edək ki, turnirin açılış matçında Dortmund "Borussiya"sı "Mançester Siti"dən güclü olub - 1:0.