"Real" Münhendə qalib gəldi
UEFA Çempionlar Liqasında yarımfinal görüşləri davam edir.
SportLine.az xəbər verir ki, bu gün futbolsevərlər daha bir görüşə baxa biləcəklər. Söhbət, "Bavariya" - "Real" duelindən gedir.
Ardıcıl üçüncü dəfə qitənin ən nüfuzlu klub turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq barədə düşünən Madrid təmsilçisi Almaniyada sərfəli nəticə əldə etməyə çalışacaq. Eləcə də, "münhenlilər" doğma azarkeşlərini parlaq qələbə ilə sevindirmək niyyətindədirlər.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
25 aprel 2018
Çempionlar Liqası
Yarımfinal (İlk oyun)
"Bavariya" (Almaniya) - "Real" (İspaniya) - 1:2
QOLLAR: Kimmix, 28 (1:0); Marselo, 44 (1:1); Asensio, 57 (1:2)
Baş hakim: Kuipers B. (Hollandiya)
Münhen. "Allianz Arena"