"Bavariya"da daha bir zədəli: Xames ili başa vurdu

Heyətlə bağlı əziyyət çəkən "Bavariya" daha bir itki ilə üzləşib. SportLine.az "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi bu dəfə Xames Rodrigesi itirib. 

Kolumbiyalı futbolçunun sol dizində əzələ yırtığı aşkarlanıb. Onun müalicəsinə 10 gün sonra başlanacaq. X.Rodrigesin il sonunadək yaşıl meydanlardan kənar qalacağı gözlənilir. 

Qeyd edək ki, bunadək "Bavariya" Kinqsli Koman, Sorentin Tolisso və Tiaqo Alkantaranın yoxluğundan əziyyət çəkirdi.