"Bavariya"da yeni qapıçı

“Bavariya” “Şalke”nin qapıçısı Aleksandr Nübeli transfer edib.

Spoetline.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Onunla 5 illik müqavilə imzalanıb. 23 yaşlı alman qapıçı bu mövsüm başa çatandan sonra azad agent kimi yeni klubuna qoşulacaq.

Hazırkı mövsümdə Nübel “Şalke”də 15 oyun keçirib.

Daha öncə "Bild" nəşri yazıb ki, komandanın hazırkı qapıçısı Manuel Noyer Nübelin transferinə qarşıdır. Klub rəsmilərinin bir mövsüm ərzində gənc qapıçının 15 oyunda iştirakla bağlı təklifini Noyerin qəbul etmədiyi bildirilib. Qeyd edilir ki, o, yoxlama görüşləri də daxil bütün matçlarda özünün qapını qorumaq istədiyini bildirib.