"Bavariya"dan 6 qol

"Bavariya" Almaniya Bundesliqasında növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, Münhen klubu doğma meydanda "Maynts"ı qəbul edib. Görüşdə hesabı qonaq komanda açsa da, yekun nəticədə meydan sahiblərini rəqibini darmadağın edib - 6:1.

"Bavariya" - "Maynts" - 6:1
Qollar: Boetius, 6 (0:1), Pavard, 36 (1:1), Alaba, 45 (2:1), Perişiç, 54 (3:1), Komsn, 64 (4:1), Levandovski, 78 (5:1), Davies, 80 (6:1)

Bu qələbə ilə xalını 7-yə yüksəldən Münhen təmsilçisi turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Leyptsiq" 9 xalla 1-ci, "Volfsburq" 7 xalla 3-cüdür.