"Bavariya"dan 80 milyonluq transfer

"Bavariya" növbəti mövsüm üçün ilk rəsmi transferini həyata keçirib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen klubu "Atletiko"nun şərəfini qoruyan Lukas Hernandezi heyətinə cəlb edib. 

2014-cü ildən Madrid təmsilçisinin şərəfini qoruyan futbolçunun keçidi Bundesliqa klubunu 80 milyon avro xərcə salıb. 

Müqaviləyə görə, L.Hernandez iyulun 1-dən "Bavariya"nın uğurları üçün çalışacaq. Onun müqavilə müddəti 2024-cü ilədəkdir.