"Bavariya"nın futbolçuları yarışdılar, Rafinya qalib gəldi
"Bavariya"nın futbolçuları - Tiaqo Alkantara, Rafinya, Sebastyan Rüdi və Kristian Früxtl topu tirə vurmaqda yarışıblar. SportLine.az xəbər verir ki, qaydalara görə, top tirdən qayıtdıqdan sonra futbolçu onu çərçivədən keçirməklə xal qazanır. Top tirdən qayıdarkən yerə dəydikdən sonra futbolçu zərbə endirirsə, bir, havada ikən zərbə vurursa, iki xal qazanır.
Yekunda rəqiblərini qabaqlayan Rafinya qələbə qazanıb.