"Bavariya"nın yeni transferinin yoldaşlıq oyununda ayağı qırılıb
"Bavariya" yoldaşlıq oyununda Regional Liqa klubu "Düren" ilə 1-1 hesablı ilə bərabərə qalıb.
Sportline.az xəbər verir ki, "Bavariya"nın bu yay "Ştutqart"dan heyətinə qatdığın Hiroki İtonun oyunda ayağı sınıb.
Onun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Yaponiyalı futbolçu 23.5 milyon avro qarşılığına Münxen klubuna keçmişdi.
Qeyd edək ki, Hiroki ötən mövsüm "Ştutqart"ın heyətində 29 oyuna çıxıb və 2 asist edib.