"Bavariya"ya "Ayntraxt" şoku

Almaniya Bundesliqasında 10-cu turun görüşləri keçirilir.

Sportline.az xəbər verir ki, Münhen "Bavariya"sı Frankfurtda "Ayntraxt"a 1:5 hesabı ilə uduzub.

"Bavariya" 18 xalla Bundesliqanın turnir cədvəlində 4-cü yerdə qərarlaşıb. 17 xalı olan "Ayntraxt" 6-cı sıradadır.

"Ayntraxt" - "Bavariya" - 5:1

Qollar: Filip Kostiç, 25, Cibril Sou, 33, David Abraham, 49, Martin Hintereqqer, 61, Qonsalu Pasiensiya, 85 - Robert Levandovski, 37