Bədavi Hüseynov 6 ay sonra məşqlərə başladı

Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov məşqləri bərpa edib. SportLine.az xəbər verir ki, zədəsini sağaldan futbolçu fərdi məşqlərə başlayıb.

Ötən ilin oktyabrında Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə görüşdə xəsarət alan futbolçu 6 ay idi ki, yaşıl meydanlara həsrət qalmışdı.

B.Hüseynovun meydana nə vaxt çıxacağı məlum deyil.