Bədavi Hüseynovun vəziyyətinə aydınlıq gətirildi

Çexiya "Viktoriya”sı ilə yoxlama görüşündə zədələnən "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov tibbi müayinədən keçib. 

Sportline.az klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, futbolçunun ayağında əzələ dartılması aşkarlanıb. Hüseynov ən azı 5 gün yaşıl meydanlardan kənar qalacaq. 

Onun adının iyulun 10-da Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə oyunun iştirak ərizəsində olub-olmaması isə həkimlərin son qərarından asılıdır.