Bəhlul Mustafazadənin cəzası açıqlandı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportline.az AFFA-nın saytına istinadla xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 7-ci turunda  baş verənlər müzakirə olunub.

 “Sumqayıt” – “Keşlə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
 
“Neftçi” – “Səbail” matçında “Neftçi” və “Səbail"in 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub.

“Qarabağ” – “Sabah” matçının 79-cu dəqiqəsində qonaq komandanın futbolçusu Bəhlul Mustafazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.