Bəhlul Mustafazadənin yeni klubu müəyyənləşdi

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Qəbələ"dən ayrılan futbolçu Bəhlul Mustafazadəni transfer edib. 22 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan oyunçu karyerası ərzində "Sumqayıt"ın da formasını geyinib. Müstafazadə Azərbaycan millisinin U-17, U-19 və U-21 komandalarının şərəfini qoruyub. O, son olaraq əsas milli komandaya da dəvət alıb.