Bəhreyn - Azərbaycan görüşünün hakimi bilindi
Futbol üzrə Bəhreyn və Azərbaycan milli komandaları arasında bu gün keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.
Sportline.az xəbər verir ki, Ər-Rifa şəhərindəki Bəhreyn Milli Stadionunda keçiriləcək görüşü, omanlı ədalət təmsilçiləri idarə edəcəklər.
Qarşılaşmanın referisi Əhməd Əl-Kafa olacaq. Əbu Bəkr Əl-Omari ilə Rəşid Əl-Qayti yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Görüşün dördüncü hakimi isə bəhreynli İssa Abdulla olacaq.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.