Belçika futbolçularından Ermənistan seçməsinə 17 qol

19 yaşlı qadın futbolçular arasında Avropa çempionatı davam edir.

Sportline.az xəbər verir ki, təsnifat mərhələsinin 2-ci turunda Belçika seçməsi Ermənistan komandası ilə qarşılaşıb.

Belçika futbolçuları rəqib komandanın qapısından 17 cavabsız top keçiriblər.

Qeyd edək ki, ilk turda İsveç kollektivi ilə qarşılaşan Ermənistan seçməsi 0:14 hesabı ilə məğlub olmuşdu.