Belçika Mundial üçün heyətini açıqladı

DÇ-2018-də çıxış edəcək Belçika seçməsinin yekun heyəti müəyyənləşib. SportLine.az xəbər verir ki, baş məşqçi Roberto Martines Rusiyaya bu futbolçuları aparacaq:

Qapıçılar: Tibo Kurtua ("Çelsi", İngiltərə), Simon Minyole ("Liverpul", İngiltərə), Kun Kastels ("Volfsburq", Almaniya);

Müdafiəçilər: Tobi Alderveyreld ("Tottenhem", İngiltərə), Dedrik Boyata ("Seltik", Şotlandiya), Vensan Kompani ("Mançester Siti", İngiltərə), Toma Menyee ("PSJ", Fransa), Tomas Fermalen ("Barselona", İspaniya), Yan Fertongen ("Tottenhem", İngiltərə);

Yarımmüdafiəçilər: Yannik Ferreyra-Karrasko ("Dalyanğ İfan", Çin), Naser Şadli ("Vest Bromviç", İngiltərə), Kevin de Breyne ("Mançester Siti", İngiltərə), Musa Dembele ("Tottenhem", İngiltərə), Leander Dendonker ("Anderlext"), Maruan Fellaini ("Mançester Yunayted", İngiltərə), Torqan Azar ("Borussiya" M, Almaniya), Adnan Yanuzay ("Real Sosyedad", İspaniya), Yuri Tilemans ("Monako", Fransa), Aksel Vitsel ("Tyantszin Syuanszyan", Çin);

Hücumçular: Mişi Batşuayi ("Borussiya" D, Almaniya), Romelu Lukaku ("Mançester Yunayted", İngiltərə), Dris Mertens ("Napoli", İtaliya), Eden Azar ("Çelsi", İngiltərə).

Qeyd edək ki, Belçika millisi "G" qrupunda İngiltərə, Tunis və Panama seçmələri ilə mübarizə aparacaq.