Belçikadan əzmkar qələbə
DÇ-2018-də 1/8 final həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha iki qarşılaşma keçiriləcək.
"G" qrupunda qalib olan Belçika "H" qrupunun ikincisi Yaponiya ilə üz-üzə gələcək. Avropalılar uğurlu çıxışın davamını gətirmək niyyətindədirlər. Asiya təmsilçisi də güclü rəqibi ilə dueldə azarkeşlərinə zəfər bəxş etmək istəyir.
Rostov şəhərində təşkil olunacaq matçın start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.
02 iyul 2018
DÇ-2018
1/8 final
Belçika - Yaponiya - 3:2
QOLLAR: Genki Haraquçi, 48 (0:1); Takaşi İnui, 52 (0:2); Yan Vertongen, 69 (1:2); Maruan Fellaini, 74 (2:2); Naser Şadli, 90+4 (3:2)
CƏZALANDIRMALAR:
SARI VƏRƏQƏ | Qaku Şibasaki, 40 (Yaponiya)
ƏVƏZETMƏLƏR:
Dris Mertens ↔ Maruan Fellaini, 65 (Belçika)
Yannik Karrasko ↔ Naser Şadli, 65 (Belçika)
Qaku Şibasaki ↔ Hotaru Yamaquçi, 81 (Yaponiya)
Genki Haraquçi ↔ Keisuke Honda, 81 (Yaponiya)
Hakimlər: Malanq Dyodiu, Cibril Kamara, Əl-Hacı Samba (hamısı Seneqal), Bakari Qassama (Qambiya), Jan Klod Birumuşahu (Burundi)
"Rostov Arena", Rostov