Belə hakim görməmişdiniz

Çexiya çempionatında, "Beroun" və "Slani" klublarının gənclərdən ibarət komandaları arasında keçirilən oyunda, yan xətt hakimi Milan Sefara meydana sərxoş halda çıxıb.

Sportline.az xəbər verir ki, laynsmanın oyun ərzində bir neçə dəfə yerə yıxılması, azarkeşlərin gülüşünə səbəb olub. Araşdırmalar, hakimin alkoqol qəbul etdiyi sübuta yetirsə, o, ağır cəzaya məruz qalacaq.