"Belə oyunlarda hesabdan daha önəmli detallar var" - Qurban Qurbanov

"Ümumən maraqlı qarşılaşma alındı, hər iki komanda sakit və yaxşı oyun göstərdi”. SportLine.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına deyib.

Azərbaycan çempionunu çalışdıran 47 yaşlı mütəxəssis Çexiya “Bohemians”ı ilə Antalyadakı yoxlama oyunu (3:1) barədə fikirlərini bildirib: “Belə oyunlarda hesab bizim üçün önəmlidir, amma ondan önəmli olan bəzi detallar var idi ki, meydanda görmək istəyirdim və demək olar ki gördüm. Baxmayaraq ki, hesabda 0:1 geri düşsək də, komanda oyun nizam-intizamını qoruyub saxladı və matçı qələbəylə yekunlaşdırdı. İlk oyuna nisbətən bu qarşılaşma daha dinamik oldu və səhvlərimiz az oldu. Komandamdan razı qaldım".