"Bəlkə də, sonuncu şansım idi" - İnyesta
"Bəlkə də, Çempionlar Liqasını qazanmaq üçün sonuncu şansım idi". SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri "Barselona" klubunun kapitanı Andres İnyesta deyib.
"Roma" ilə görüşdən sonra fikirlərini bölüşən futbolçu, "Bu mərhələyə qədər irəliləmişdik və hamı qələbə qazanmaq, davam etmək istəyirdi. Bütün klub üzvləri yarışın qalibi olmaq barədə düşünürdü. Bu nəticə hamı üçün ağır oldu. 4:1 hesablı qələbədən sonra bu məğlubiyyəti qəbul etmək, heç də asan deyil", - deyib.