"Benfika" Portuqaliya çempionu oldu

Portuqaliya çempionatında 2018/2019-cu illər mövsümünün qalibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, sonuncu turda doğma meydanda "Santa Klara" komandasını qəbul edən "Benfika 2:1 hesabı ilə qalib gəlib. Bununla da, Lissabon təmsilçisi tarixində 37-ci çempionluğunu qazanıb. Bu Portuqaliyada ən yüksək göstəricidir.