"Benfika"dan "Vulverhempton"a 38 milyon avroya

"Benfika"nın hücumçusu Raul Ximenesin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, meksikalı futbolçu növbəti mövsümdən İngiltərə Premyer Liqasında mübarizə aparan "Vulverhempton"un şərəfini qoruyacaq. Bu transfer İngiltərə təmsilçisinə 38 milyon avroya başa gəlib.

Klubla 3 illik müqavilə imzalayacaq 27 yaşlı Ximenes cari mövsümdə 37 oyunda 15 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.