Benjamin Pavar "Bavariya"da

"Bavariya"  yeni transferi Benjamin Pavarla müqavilə imzalayıb.

Sportline.az klubun rəsmi istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi 5 illik sözləşməyə qol çəkib.

Ötən mövsüm "Ştutqart"ın formasını geyinən fransalı futbolçu ilə yanvardan razılıq əldə olunmuşdu  

Qeyd edək ki, 2018-ci ildə Rusiyada keçirilən mundialda Fransa millisi ilə çempion olan gənc futbolçu  ötən  mövsüm “Ştutqart”ın heyətində 31 oyunda iştirak edib.