Benzema üçün yubiley
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən PSJ - "Real" matçı Kərim Benzema üçün əlamətdar olub.
SportLine.az xəbər verir ki, "kral klubu"nun hücumçusu yarışda 100-cü oyununa çıxıb.
O, Çempionlar Liqasında 100 oyunluq həddə çatan 34-cü və 3-cü fransalı futbolçudur. K.Benzema bu müddət ərzində 53 qol vurub.