Beqoviç haqqında qərar veriləcək

"Qarabağ"la icarə müqaviləsi başa çatdığı üçün İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"a qayıdan Asmir Beqoviçin gələcəyi qeyri-müəyyəndir.

Sportline.az xəbər verir ki, "gilaslar"ın baş məşqçisi Eddi Hou 32 yaşlı qolkiperlə bağlı qərar verilmədiyini deyib:

"Beqoviç hələ dincəlir. Məncə, yaxın günlərdə komandaya qayıdacaq. Hələ gözləyirik. Görək, Asmirlə bağlı növbəti qərar necə olacaq".

Bosniyalı qapıçının adı daha çox "Vest Hem"lə hallanır.

Banner