Beqoviç İngiltərənin ən yaxşılarından biridir

"Qarabağ"dan ayrılan bosniyalı qolkiper Asmir Beqoviç İngiltərə Premyer Liqasında son 10 ildə ən çox qurtarış edən qapıçılardan biridir.

Sportline.az xəbər verir ki, 32 yaşlı qapıçı bu göstəricidə 5-cidir. O, 714 qurtarışla yadda qalıb. İlk pillədə "Uotford"un qapıçısı Ben Foster qərarlaşıb (996). "Mançester Yunayted"in qolkiperi David De Xea 2-ci (825), "Çelsi" və "Arsenal"ın sabiq üzvü Petr Çex 3-cü (763), "Vest Hem"in çərçivə qoruyucusu Lukaş Fabianski 4-cüdür (738).

Asmir Beqoviç müqavilə ilə "Bornmut"a məxsusdur.