Qalmaqal böyüyür: Beqoviçin atası Prosineçkini təhqir etdi

"Qarabağ”ın qapıçısı Asmir Beqoviçin atası Amir Beqoviç oğlunun növbəti dəfə Bosniya və Heresqovina yığmasına çağırılmamasına münasibət bildirib.

Sportline.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yazdığı şərhdə Beqoviçin yığmadan kənarda qalmasına baş məşqçi Robert Prosineçki yox, Bosniya və Herseqovina Futbol İttifaqının prezidenti Elvedin Begiçin qərar verdiyini qeyd edib:

"Asmirin yığmaya dəvət almaması Futbol İttifaqının prezidenti ilə bağlıdır. Baş məşqçi təlxək və bir alətdir”.

Yığmamızın sabiq çalışdırıcısı Prosineçki isə Bosniya mətbuatına açıqlamasında Beqoviçi milliyə çağırmamasının səbəbini belə izah edib: "Beqoviç və digər futbolçular kənarda qalsa da, o demək deyil ki, daha yığmaya dəvət almayacaqlar. Sadəcə, onlar hazırda 25 nəfərlik heyətə düşməyə tam hazır deyillər".

Qeyd edək ki, Beqoviç sonuncu dəfə ötən ilin oktyabrında milliyə çağrılıb və ehtiyatda qalıb. Prosineçki bir ildən artıqdır ki, qapıda "Qarabağ”ın sabiq qokiperi İbrahim Şehiçə güvənir. Bu dəfə xorvatiyalı çalışdırıcı Şehiçlə yanaşı Kenan Piriç ("Maribor”, Sloveniya) və Yasmin Buriçə (Hayfa "Hapoel”i, İsrail) dəvət göndərib.