Beqoviçin məğlubiyyətə yanaşması

"Qarabağ"ın qapıçısı Asmir Beqoviç Avropa Liqasının qrup mərhələsində "Sevilya"ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra "Twitter" hesabında azarkeşlərə təşəkkür edib.

Sportline.az xəbər verir ki, 32 yaşlı qapıçı qarşıda növbəti oyunların olduğunu vurğulayıb:

"Dünən axşam möhtəşəm komandaya qarşı oynadıq və ağır məğlubiyyətə uğradıq. Hələ oynayacağımız çox matç var və biz davam edirik. Möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür edirəm".