Beqoviçin "Qarabağ"da ilk uğuru
Azərbaycan Premyer Liqasının 4-cü turunun ən yaxşı futbolçusu məlum olub.
Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, "InStat"ın təhlilinə əsasən bu, 359 göstərici ilə “Qarabağ”ın qapıçısı Asmir Beqoviçdir.
Bosniyalı qolkiper “Neftçi” ilə oyunda (2:0) 90 dəqiqə meydanda olub və 4 qurtarışla yadda qalıb.