"Beşiktaş" Bakıya gəlir

Türkiyənin "Beşiktaş" klubu Bakıya səfər edəcək. SportLine.az xəbər verir ki, bu barədə klub prezidenti Fikrət Orman Türkiyə mətbuatına açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, səfər sentyabr ayına planlaşdırılıb. "Beşiktaş"ın Bakıda yoldaşlıq görüşü keçirəcəyi deyilir.

Qeyd edək ki, ötən mövsüm Super Liqanı 4-cü pillədə yekunlaşdıran İstanbul təmsilçisi Avropa Liqasında mübarizə aparacaq.